Çempionlar Liqasında 1/4 final həyəcanı davam edir. Matc.az xəbər verir ki, bu gün cavab oyunlarına start verilib.

İlk gündə iki görüş keçirilib. İspaniya təmsilçilərindən “Barselona” ev, “Atletiko” səfər matçına çıxıb. Hər iki klub birinci görüşündə minimalhesablı qələbə qazanmışdı.

PSJ səfərdə “Barselona”nı 4:1 hesabı ilə məğlub edib. Dortmund “Borussiya”sı isə evdə “Atletiko”ya 4:2 qalib gələrək adını yarımfinala yazdırıb.

Qeyd edək ki, mərhələnin digər iki oyunu sabah keçiriləcək.

Çempionlar Liqası

1/4 final, cavab oyunları

16 aprel

“Barselona” (İspaniya) – PSJ (Fransa) 1:4 

Qol: Rafinya, 14 - Dembele, 40. Vitinya, 54. Mbappe, 61 (p), 89

Qırmızı vərəqə: Arauxo, 32

Baş hakim: İstvan Kovaç (Rumıniya)

Barselona, “Olimpik Lyuis Kompanis” stadionu

İlk oyun – 3:2

“Borussiya” (Dortmund, Almaniya) – “Atletiko” (İspaniya) 4:2 

Qol: Brand, 34. Matsen, 39. Fyulkruq, 71. Zabitser, 74 - Hummels, 49 (ö.q.). Korrea, 64

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Dortmund, “Siqnal İduna Park” stadionu

İlk oyun – 1:2

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest