Apellyasiya Arbitraj Tribunalı I Liqa komandası “İmişli” ilə bağlı qərarını açıqlayıb. Matc.az xəbər verir ki, qurum klubun apellyasiya şikayətini qismən təmin edib. XX turda “Mingəçevir”lə oyunun 80-ci dəqiqəsində “İmişli”nin futbolçusu Gilyerme Silva ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə almışdı.
Apellyasiya Arbitraj Tribunalı I Liqa komandası “İmişli” ilə bağlı qərarını açıqlayıb. Matc.az xəbər verir ki, qurum klubun apellyasiya şikayətini qismən təmin edib.
XX turda “Mingəçevir”lə oyunun 80-ci dəqiqəsində “İmişli”nin futbolçusu Gilyerme Silva ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə almışdı. Bu üzdən AFFA İntizam Komitəsi ona 2 oyunluq diskvalifikasiya vermişdi. Lakin Apellyasiya Arbitraj Tribunalı bu qərarı 1 matçlıq cəza ilə dəyişib. Digər bir görüş şərti olaraq tətbiq olunub.
Oyunçuya 3 aylıq sınaq müddəti verilibsə, “İmişli”nin 150 manatlıq cərimə olunması qərarı qüvvədə saxlanılıb.
Eyni zamanda tərəflər qərardan Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət edə bilərlər.