Avropa Liqasında yarımfinal mərhələsi start götürüb. Matc.az xəbər verir ki, bu gün ilk oyunlar keçirilib.

“Marsel” Fransada “Atalanta”nı qəbul edib. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

İtaliyanın digər təmsilçisi “Roma” isə Almaniya Bundesliqasında çempionluğu təmin edən və cari mövsüm məğlubiyyət üzü görməyən “Bayer”lə öz meydanında qarşılaşıb. Oyun qonaq komandanın 0:2 hesablı qələbəsi ilə yekunlaşıb. 

Avropa Liqası
Yarımfinal, ilk oyunlar
2 may

“Marsel” (Fransa) – “Atalanta” (İtaliya) 1:1
“Velodrom” stadionu

“Roma” (İtalya) – “Bayer” (Almaniya) 0:2
Roma Olimpiya stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest