Azərbaycanın Avropa Liqasındakı təmsilçisi “Zirə” bu gün I təsnifat mərhələsində cavab oyununa çıxıb.
Matc.az xəbər verir ki, qəsəbə təmsilçisi Bakıda Moldova “Şerif”ini qəbul edib.
“Liv Bona Dea Arena”da keçirilən görüşdə hesabı 5-ci dəqiqədə meydan sahibləri açıb, lakin oyunun 40-cı dəqiqəsində azlıqda qalıblar. İkinci hissədə iki qol vuran “Şerif” qarşılaşmada ümumi hesabı bərabərləşdirə bilib. Görüşün əlavə vaxtında da hesab dəyişməyib. Penaltilər seriyasında daha dəqiq olan moldovalılar növbəti mərhələyə adlayan tərəf olub.
Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunu
18 iyul
“Zirə” – “Şerif” - 1:2 (Penaltilər seriyası - 4:5), (İlk oyun - 0:1)
Qollar: Rafael Utsiq, 5 // Eyyub Allaş, 54, Ndiaqa Yade, 77
Qırmızı vərəqə: Salifu Suma, 40
Hakimlər: Bulat Sariyev, Denis Labaşov, Yuri Tixonyuk, Aidin Tassibayev (Qazaxıstan)
VAR hakimləri: Sören Storks, Yohann Pfeifer (Almaniya)
“Liv Bona Dea Arena”
"Zirə": 97. Tiaqo Silva, 4. Ruan Renato, 3. Ange Mutsinzi, 19. Salifu Suma, 15. Pyer Zebli, 21. Hacıağa Hacıyev, 23. Rafael Utsiq, 32. Qismət Alıyev, 6. Eldar Quliyev, 70. İssa Cibrilla, 90. Davit Volkov
Ehtiyat Oyunçular: Anar Nəzirov, Səlim Həşimov, Stefan Aka, Məqsəd İsayev, Elçin Əlicanov, Fuad Bayramov, Junior Martins, Abbas İbrahim, Rüstəm Əhmədzadə, Ceyhun Nuriyev
"Şerif": 16. Raşed Əl-Tumi, 8. Joao Paulo Fernandeş, 33. Mateus Lins, 50. Jokelin Behiratçe, 66. İlunqa Pata, 18. Mussa Kyabu (k), 3. Nana Kvame Boakye, 10. Sedrik Badolo, 69. Peter Ademo, 90. Papa Ndiaqa Yade, 9. Ayak Riak
Ehtiyat oyunçular: Straystari, Kaleadnik, Ouattara, Riak, Allaş, Mbekeli, Forov, Dyinari, Miya, Despotovski, Payreli, Akanbi