“Barselona”nın baş məşqçisi Hans-Diter Flik ötən mövsüm komandada icarə əsasında çıxış edən “Mançester Siti”nin 30 yaşlı sağ cinah müdafiəçisi Joao Kanselonun transferinə razılıq verib.
Matc.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat paylaşıb.
Bildirilir ki, ingilis klubu portuqaliyalı oyunçunu 20 milyon avroya satmağa hazırdır. Tərəflər Kanselonun “Mançester Siti”nin mövsümöncəsi təlim-məşq toplanışından öncə Kataloniya klubu ilə ABŞ turnesinə qatılması üçün çalışırlar.
Qeyd edək ki, ötən mövsüm müdafiəçi bütün yarışlarda 42 matçda iştirak edib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 25 milyon avrodur.