22 İyul 2024, 21:58
FUTBOL
Ölkə çempionatından kənarlaşdırıldıqdan sonra Konfrans Liqasının iştirakçısı avrokubok yarışlarından da kənarlaşdırılıb.
Matc.az xəbər verir ki, söhbət maliyyə səbəblərinə görə bu mövsüm ölkə çempionatında oynamayacaq Ukraynanın “Dnepr-1” klubundan gedir.
UEFA Apellyasiya Komitəsi Konfrans Liqasının ikinci təsnifat mərhələsinin Macarıstanın “Puşkaş Akademiya”sına qarşı keçirdiyi hər iki oyunda Ukrayna komandasına texniki məğlubiyyət verib.
Beləliklə, Macarıstan klubu üçüncü təsnifat mərhələsinə avtomatik vəsiqə əldə edib.