24 İyul 2024, 10:20
FUTBOL
Türkiyə yığmasının sabiq futbolçusu Umut Bulut karyerası ilə bağlı qərar verib. Matc.az xəbər verir ki, o, 41 yaşında karyerasını bitirib.
Bu barədə futbolçu özü məlumat verib.
Umut Bulut karyerası ərzində "Ankaragücü", "İnegölspor", "Trabzonspor", "Tuluza", "Qalatasaray", "Kayserispor", "Yeni Malatyaspor", "Eyüpspor" və "Sarıyer" klublarında çıxış edib. 2007-2018-ci illərdə Türkiyə millisində 39 oyuna çıxan Bulut 10 qola imza atıb.