Avqustun 7-də Almaniya Superkuboku uğrunda Levrerkuzen təmsilçisi “Bayer” “Ştutqart”la qarşılaşacaq.

Matc.az xəbər verir ki, bu oyunda AVRO-2024-də istifadə olunan yeni texnologiya - “Connected Ball”a malik olan top istifadə olunacaq. Texnologiyanın əsas üstünlüyü ondan ibarətdir ki, topun içinə onun sürəti, trayektoriyası və toxunması haqqında ən dəqiq məlumatları verən sensor quraşdırılıb. Bu, oyundan kənar vəziyyətləri və əl ilə oyunu daha dəqiq təsbit etməyə kömək edəcək.

2024-cü il Almaniya Superkuboku matçında təcrübə uğurlu olarsa, o zaman “Connected Ball” texnologiyası növbəti 2025/26 mövsümündən etibarən Bundesliqa oyunlarında aktiv şəkildə tətbiq ediləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest