Rumıniya millisinin yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, Mirça Luçesku bu posta təyin olunub.

Rumıniya Futbol Federasiyasının mətbuat konfransında 79 yaşlı mütəxəssis təqdim olunub. Təcrübəli çalışdırıcı 2026-cı ilin sonunadək müqavilə imzalayıb. Onun son iş yeri Kiyev “Dinamo”su olub.

Qeyd edək ki, Rumıniya millisi bu yay keçirilən AVRO-2024-də 1/8 finalda mübarizəni dayandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest