10 Avqust 2024, 20:46
PARİS-2024
Paris-2024-də keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov mübarizə qoşulub.
Matc.az xəbər verir ki, 97 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Maqomedov 1/8 finalda Dominikan Respublikasının güləşçisi Luis Migel Pereslə ilə qarşılaşıb.
Güləşçimiz rəqibi üzərində 9:0 hesablı inamlı qələbə qazanaraq 1/4 final mərhələsinə adlayıb.
O, bu mərhələdə polşalı Mateus Baranovskini 7:2 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Yarımfinalda Gürcüstandan təmsilçisi Givi Matçaraşviliyə 5:0 hesabı ilə məğlub olan güləşçimiz bürünc medal uğrunda güləşəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.