“Qarabağ”ın futbolçuları Marko Veşoviç və Marko Yankoviçin durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, Monteneqro millisinin üzvləri Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb “Dinamo”su ilə oyunları buraxacaq.

Hər iki futbolçu III təsnifat mərhələsində “Ludoqorets”i Bolqarıstanda 7:2 hesabı ilə məğlub etdikləri qarşılaşmada zədələnib. Veşoviç təxminən 2-3, Yankoviç isə 4-6 həftəlik sıradan çıxıb”.

Qeyd edək ki, “Qarabağ”la "Dinamo" arasında ilk oyun avqustun 20-də Zaqrebdə keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest