Minifutbol üzrə U-23 dünya çempionatının püşkü atılıb.

Matc.az xəbər verir ki, püşkatmada Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

B qrupunda yer alacaq yığmamız Kolumbiya, Slovakiya və İraq komandaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, Xorvatiyada təşkil olunan dünya çempionatı oktyabrın 7-də start götürəcək

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest