"Barselona"sının baş məşqçisi Hans-Diter Flik La Liqada "Jirona" ilə oyun ərəfəsində keçirdiyi mətbuat konfransında Kataloniya klubunun gənc ulduzu Lamin Yamaldan da bəhs edib.

Matc.az xəbər verir ki, mütəxəssis 17 yaşlı gənc futbolçuya gələcək inkişafı üçün məsləhətlər verib.

"Düşünürəm ki, Lamin yüksək səviyyədədir, lakin o, bu yaşda daha da inkişaf edə bilər və etməlidir. Onun hər gün məşq etdiyini görmək çox xoşdur. Amma irəli getmək, inkişaf etmək, çox çalışmaq lazımdır... Məncə, bu, yaxşı məsləhətdir. Əgər o, böyük çempion olmaq istəyirsə, çox dincələ bilməyəcək, işləməyə və işləməyə davam etməlidir".

Xatırladaq ki, Yamal bu mövsüm La Liqada 4 matçda 1 qol və 4 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest