17 Sentyabr 2024, 17:53
FUTBOL
“Atletiko”, “Valensiya” və “Barselona”nın sabiq hücumçusu David Vilya La Liqada görmək istədiyi futbolçunun adını açıqlayıb. Matc.az xəbər verir ki, o, “Mançester Siti”nin forvardı Erlinq Halandı bəyəndiyini bildirib.
Vilyanın sözlərinə görə, Mbappe – Haland mübarizəsi maraqlı olar: “Haland futbol atmosferinə uyğundu. La Liqada Haland və Mbappe... Ümid edirəm ki, Erlinq İspaniya çempionatına keçər. Onlar Lionel Messi və Kriştiano Ronaldo kimi ola bilməzlər. Amma bu, yaxşı olardı”.
Qeyd edək ki, Erlinq Halandın “Mançester Siti” ilə müqavilə müddəti 2027-ci ilə qədərdi.