“Yuventus”un hücumçusu Arkadiuş Milik yenidən əməliyyat olunub. Matc.az xəbər verir ki, Polşa millisinin üzvü ikinci dəfə cərrah bıçağı altına uzanıb.

30 yaşlı forvard iyunda da meniskindən əməliyyat olunmuşdu. Futbolçunun 2024-cü ilin son üç ayında komandasına kömək edə bilməyəcəyi açıqlanıb.

Qeyd edək ki, Arkadiuş Milik iyunda millinin heyətində Ukraynaya qarşı keçirilən yoldaşlıq görüşündə sol dizindən zədələnmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest