"Everton"un yeni sahibi Dan Fridkin "Fənərbaxça"ya rəhbərlik edən portuqaliyalı mütəxəssis Joze Mourinyonu Liverpul klubunun yeni baş məşqçisi kimi nəzərdən keçirir.

Matc.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

Bildirirlir ki, Fridkin komandanın hazırkı baş məşqçisi Şon Dayşı bu vəzifəyə uyğun adam hesab etmir. Bu səbəblə onun mövsümün sonunda bitəcək müqaviləsi yenilənməyəcək.

Eyni zamanda, İtaliyanın "Roma" klubunun da sahibi olan amerikalı iş adamı 2021-2024-cü illərdə komandaya başçılıq etmiş Mourinyonun iş üsullarına yaxşı bələddir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest