"Barselona"nın 17 yaşlı vingeri Lamin Yamal ötən ilin sentyabrında İspaniya La Liqasının ən yaxşı oyunçusu seçilib.

Matc.az xəbər verir ki, bu barədə La Liqanın "X" sosial şəbəkəsindəki rəsmi hesabı məlumat yayıb.

Sentyabrda Yamal İspaniya çempionatında 4 oyunda iştirak edib, 3 qol və 1 məhsuldar ötürmə edib.

Ümumilikdə, bu mövsüm Yamal bütün yarışlarda 10 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.

Xatırladaq ki, Lamin Yamalın klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 120 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest