Serbiyanın Belqrad şəhərində UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda illik konfrans keçirilib.

Matc.az xəbər verir ki, konfransda AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları da iştirak ediblər.

Tədbir zamanı aşağıdakı mövzular müzakirə olunub:

•  Ötən lisenziyalaşdırma mövsümünün icmalı;

•  Serbiyada futbolun inkişafı və lisenziyalaşdırma sisteminin tətbiqi;

•  Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı qaydalarında yeniliklər;

•  UEFA-nın klub yarışlarında növbəti mövsümdən etibarən baş verəcək dəyişikliklər;

•  Klubların Lisenziyalaşdırılmasında hüquqi məsələlər;

•  Qadın futbolu və klubların lisenziyalaşdırılması və s.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest