"Real" baş məşqçisi Karlo Ançelotti komanda üzərindəki təsirini tədricən itirir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sport.es" paylaşıb.

Bildirilrir ki, Madrid klubunun futbolçuları hazırda komanda oyunundan daha çox fərdi oyuna köklənib.

Mövsümün əvvəlində klubdan gözlənilən nəticələrin alınmaması səbəbindən Ançelottinin böyük təzyiq altında olduğu vurğulanır.

Qeyd edə ki, İspaniya La Liqasında 9 turundan sonra "Real" 21 xal toplayıb və lider "Barselona"dan 3 xal geri qalaraq ikinci pillədə qərarlaşıb. Çempionlar Liqasında isə Liqa mərhələsinin iki turundan sonra 3 xal qazanaraq 23-cü yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest