"Milan"ın müşaviri Zlatan İbrahimoviç beynəlxalq fasilə zamanı bir sıra futbolçularla söhbət etmək üçün komandanın məşqinə baş çəkəcək.

Matc.az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb.

Bildirilir ki, İbrahimoviç A Seriyasının 7-ci turunda bəzi futbolçuların məşqçinin göstərişini yerinə yetirmədiyi 1:2 hesabı ilə uduzduğu "Fiorentina"yla oyundan sonra komandada mikroiqlimi bərpa etmək niyyətindədir.

Zlatanın komandanın performansını yaxşılaşdırmaq üçün baş məşqçi Paulo Fonsekanın işini də müşahidə edəcəyi gözlənilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest