"Kəpəz"in baş məşqçisi Azər Bağırov Azərbaycan kubokunun 1/8 finalında "İmişli"ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında iştirak edib.
"Kəpəz"in baş məşqçisi Azər Bağırov Azərbaycan kubokunun 1/8 finalında "İmişli"ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında iştirak edib.
Matc.az xəbər verir ki, Bağırov qələbəni şərh edib.
"Bizim üçün oyun çətin başladı. Rəqib ilk dəqiqələrdən yaxşı müdafiə olundu. Birinci hissədə qol epizodlarımız da oldu. Amma reallaşdıra bilmədik.
Heyətin 70-80 faizini dəyişmişdik, ona görə də çətinlik yaşadıq. Ümumi götürəndə maraqlı həftə keçirəcəyik. Bazar günü "Zirə" ilə çempionat oyunumuz var. Əsas odur ki, qələbə qazandıq. Zədəsiz növbəti oyuna hazırlaşacağıq".