08 Dekabr 2024, 13:14
FUTBOL
"Liverpul" 32 yaşlı cinah hücumçusu Mohamed Salah ilə gələn ilin yayında başa çatacaq müqaviləni 2 il müddətinə uzatmağa çox yaxındır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Mirror" paylaşıb.
Bildirilir ki, misirli futbolçunun agenti 3 illik müqavilə üçün israr edib, "Liverpul" isə əvvəlcə 1 illik müqavilə təklif edib. Lakin danışıqlar nəticəsində tərəflər yeni 2 illik razılaşma şəklində kompromis əldə ediblər.
Qeyd edək ki, Salahla danışıqlarda maliyyə probleminin olmadığı vurğulanır, çünki o, artıq həftədə 400 min funt sterlinq maaşla Liverpulun ən yüksək maaş alan oyunçularından biridir.