"Liverpul"un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı oyunçusu seçilib. Matc.az xəbər verir ki, o, Peşəkar Futbolçular Assosiasiyasının versiyasına görə, bu ada layiq görülüb.

Salah Moyses Kaysedo (“Çelsi”), Mateus Kunya və Juan Qomes (hər ikisi “Vulverhempton”), Ceyms Meddison (“Tottenhem”) və Juan Pedro (“Brayton”) ilə rəqabətdən qalib ayrılıb.

Qeyd edək ki, Salah noyabr ayında Premyer Liqada iştirak etdiyi 3 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest