“Bavariya”nın hücumçusu Tomas Müller Çempionlar Liqasında (ÇL) Kriştiano Ronaldo və Rayan Giqqzin uğurunu təkrarlayıb. Matc.az xəbər verir ki, 35 yaşlı futbolçu buna Donetsk “Şaxtyor”unu 5:1 hesabı ilə məğlub etdikləri görüşdə qol vurmaqla nail olub.

Müller, Ronaldo və Giqqz ÇL-də ardıcıl ən azı bir qol vurmaqla 16 mövsüm keçiriblər. Bu baxımdan rekordçu olan Lionel Messi və Kərim Benzema 18 mövsümdə fərqləniblər.

Qeyd edək ki, Tomas Müller cari mövsüm bütün turnirlərdə 20 oyunda 4 qol vurub, 3 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest