11 Dekabr 2024, 13:23
FUTBOL
AÇ-2026-nın əsas mərhələsində İsveçlə keçiriləcək oyuna hazırlıq məqsədi ilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan millisinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi və baş məşqçi Vitali Borisovun brifinqi təşkil olunacaq. Matc.az xəbər verir ki, bu barədə Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Brifinq dekabrın 13-də, saat 11:45-də, "Olimpik Star"da keçiriləcək. Daha sonra ilk 15 dəqiqəsi açıq məşq təşkil oluncaq.
Dekabrın 17-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan - İsveç oyunu saat 20:00-da start götürəcək.