Pol Poqbanın karyerasını Fransada davam etdirmək ehtimalı yüksəkdi. Matc.az xəbər verir ki, antidopinq qaydalarını pozduğu üçün cəzalandırılan yarımmüdafiəçi karyerasını "Marsel"də davam etdirmək niyyətindədi.

Poqba yanvarda məşqlərə start verə bilər. Futbolçunun sabiq klubu “Yuventus” onunla müqaviləni ləğv etdiyi üçün fransalı oyunçu yeni komandasına azad agent kimi keçəcək.

Tərəflər arasında gələn ay rəsmi sözləşmə imzalanacağı gözlənir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest