"Barselona" heyətlə bağlı ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Kataloniya klubunun futbolçusu Daniel Olmo zədələnib.

O, La Liqanın 20-ci turunda "Xetafe" ilə 1:1 hesabı ilə nəticələnən görüşdə sıradan çıxıb. Tibbi müayinədən keçən Olmonun ən az 10 gün komandasına kömək edə bilməyəcəyi dəqiqləşib.

Bu isə o deməkdi ki, yarımmüdafiəçi bu gün Çempionlar Liqasında "Benfika" və yanvarın 26-da La Liqada "Valensiya" ilə keçiriləcək qarşılaşmaları buraxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest