22 Yanvar 2025, 13:33
FUTBOL
24 yaşlı müdafiəçi sabahkı matçda qələbə qazanmaq üçün komanda şəklində əllərindən gələni edəcəklərini bildirib.
"Azarkeşlərimizi sevindirmək istəyirik. Bunu etməyə çalışacağıq”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev deyib.
Ağdam klubu Avropa Liqasının Liqa mərhələsinin 7-ci turu çərçivəsində sabah Rumıniyanın FCSB komandasını qəbul edəcək.
Oyunöncəsi mətbuat konfransında iştirak edən Cəfərquliyev meydana qələbə üçün çıxacaqlarını qeyd edib: “Evdə, doğma azarkeşlərimizin önündə oynayacağıq. Qarşılaşmaya yaxşı hazırlaşmışıq, məşqçilərimiz tərəfdən bütün lazımi tapşırıqları almışıq”.
24 yaşlı müdafiəçi sabahkı matçda qələbə qazanmaq üçün komanda şəklində əllərindən gələni edəcəklərini bildirib.