“Yuventus” “Nyukasl”ın müdafiəçisi Lloyd Kellini almaqda maraqlıdı. Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, İtaliya klubu futbolçunun icarəyə götürülməsi ilə bağlı təklif irəli sürüb. Lakin ingilislər bunu rədd edib. “Nyukasl” hətta “Fənərbaxça”nın da Kelli üçün 13 milyon avroluq təklifinə “yox” cavabını verib. Turin klubu 23 yaşlı oyunçunun keçidini 15 milyon avroya həyata keçirməyə çalışacaq.

Qeyd edək ki, Lloyd Kelli mövsümün əvvəlindən “Nyukasl”da çıxış edir. O, Premyer Liqa klubunun heyətində 13 oyun keçirib, 1 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest