Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov "Səbail"lə oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verib.

"Kəpəz" Misli Premyer Liqasının 20-ci turunda səfərdə "Səbail"ə 0:1 hesabı ilə məğlub olub.

Matc.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verib:

"Maraqlı oyun oldu, yaxşı mübarizə apardıq. Əslində məğlub olası oyun deyildi. Təəssüf ki, yaratdığımız qol fürsətlərindən yararlana bilmədik. Önünümə baxmalıyıq. Hələ qarşıda 16 oyun var, davam edəcəyik".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest