Braziliyalı futbolçu Neymar "Santos"a dönüşündən sonra ilk qoluna imza atıb. Matc.az xəbər verir ki, o, "Aqua Santa" ilə matçda fərqlənib.

Qarşılaşma "Santos"un 2:1 hesablı qələbəsi ilə nəticələnib. Neymar 14-cü dəqiqədə penaltidən fərqlənərək, komandasının qollarından birinin müəllifi olub.

Qeyd edək ki, "Santos"un yetirməsi olan Neymar 2013-cü ildə doğma komandasını tərk edib. O, “Barselona”, PSJ və “Əl Hilal”da oynadıqdan sonra bu qış "Santos"a dönüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest