XXI əsrin ən yaxşı bombardirləri bəlli olub. Matc.az xəbər verir ki, İFFHS bununla bağlı siyahı tərtib edib.

Siyahıda 300 qol vuran futbolçular qərarlaşıblar. Məlum olub ki, XXI əsrdə bu cür məhsuldarlığı 64 oyunçu göstərib.

Siyahıya hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Kriştianu Ronaldo başçılıq edir. Onun aktivində 916 qolun olduğu vurğulanıb. İkinci pillədə 850 qolla Argentina yığmasının üzvü Lionel Messi qərarlaşıb.

Siyahıda ilk “üçlüy”ü 654 qolla Robert Levandovski tamamlayır. 583 dəfə rəqib qapılarına yol tapan Luis Suares bu cədvəldə dördüncü, 558 qola imza atan Zlatan İbrahimoviç isə beşincidi.

İlk “10-luq”da 483 qolla Kərim Benzema, 476 qolla Ali Aşfaq, 460 qolla Edinson Kavani, 439 qolla Neymar və 436 qolla Edin Dzeko da qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest