“Liverpul”un hücumçusu Məhəməd Salah klubla müqaviləsinin müddətini uzada bilər. Matc.az xəbər verir ki, rəhbərliklə misirli futbolçu arasında danışıqlar başlayıb.

Komandanın baş məşqçisi Arne Slotun Salahla münasibəti yaxşıdı. O, təcrübəli futbolçunun daha bir neçə il “Liverpul”a xeyir verə biləcək güclü olduğunu qeyd edib. Səudiyyə Ərəbistanı klublarından təklif alan Salah da hazırkı komandasında qalmaq niyyətindədi.

Qeyd edək ki, Salahın “Liverpul”la hazırkı sözləşməsinin müddəti cari mövsümün sonunadək nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest