Bu gün millimizin sabiq futbolçusu Nazim Süleymanovun 60 yaşı tamam olur. Matc.az xəbər verir ki, bununla bağlı veteran futbolçu ilə AFFA-da görüş keçirilib.

Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katibi Cahangir Fərəcullayev iştirak edib. Onlar AFFA rəhbərliyi adından Süleymanovu 60 illik yubileyi münasibətilə təbrik edib.

Bu münasibətlə veteran futbolçuya xatirə hədiyyəsi təqdim olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest