UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində cavab oyunlarına yekun vurulub.
Matc.az xəbər verir ki, ikinci oyun günündə 1/4 final mərhələsində qarşılaşacaq bütün cütlüklər müəyyənləşib.
PSJ "Aston Villa" ilə, "Barselona" "Borussiya" ilə, "Bavariya" "İnter"lə, "Arsenal" isə "Real"la üz-üzə gələcək.
Qeyd edək ki, 1/4 finalı ilk oyunları 8-9 aprel tarixlərində keçiriləcək.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
12 mart
"Lill" (Fransa) – "Borussiya" (D, Almaniya) - 1:2
Qollar: David, 5 // Can, 54 (pen), Beyer, 65
(İlk oyun – 1:1)
"Atletiko" (İspaniya) – "Real" (İspaniya) - 1:0 (Penaltilər seriyası - 2:4)
Qol: Qallager, 1
(İlk oyun – 1:2 )
"Arsenal" (İngiltərə) – PSV (Niderland) - 2:2
Qollar: Zinçenko, 6, Rays, 37 // Perişiç, 18, Drioueç, 70
(İlk oyun – 7:1)
"Aston Villa" (İngiltərə) – "Brügge" (Belçika) - 3:0
Qollar: Asensio, 50, 61, Maatsen, 57
(İlk oyun – 3:1 )