“Mançester Siti”nin hücumçusu Erlinq Haland İngiltərə Premyer Liqasında 100 qol+assist göstəricisinə çatıb.

Msport.az xəbər verir ki, o, XXI turun “Brayton”la oyununda 11-ci dəqiqədə penaltidən fərqlənərək bu uğura imza atıb.

Bununla da norveçli forvard baş məşqçi Xosep Qvardiolanın rəhbərliyi altında bu nailiyyətə çatan dördüncü futbolçu olub. Qvardiolanın rəhbərliyi altında Premyer Liqada 100+ qol və assist edən futbolçular bunlardır:

1. Kevin De Bruyne – 251 oyunda 171 xal

2. Rahim Sterlinq – 194 oyunda 125 xal

3. Serxio Aquero – 125 oyunda 103 xal

4. Erlinq Haland – 94 oyunda 100 xal

Qeyd edək ki, Haland bu uğuru cəmi 94 oyunda reallaşdırıb. Bu da İngiltərə Premyer Liqası tarixində yeni rekorddur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest