18 Mart 2025, 13:47
FUTBOL
“Mançester Yunayted” növbəti mövsümdən ev oyunlarına olan mövsümi abunə qiymətlərini 5 faiz artıracağını açıqlayıb. Matc.az xəbər verir ki, ortalama “qırmızı şeytanlar”ın oyununu izləmək 2,50 funt-sterlinq daha bahalı olacaq.
Rəhbəlik yalnız 16 yaşdan kiçiklər üçün qiymətləri dondurub. Bu da klubun “Old Trafford”u yeni nəsil azarkeşlər üçün əlçatan saxlamaq istəyini əks etdirir. Digər kateqoriyalardakı qiymət artımı, biletlərin azarkeşlər üçün əlçatanlığını və klubun maliyyə dayanıqlığını qorumaq arasında balans yaratmağa yönəlib.
“Mançester Yunayted”in icraçı direktoru Omar Berrada bu qiymət artımını növbəti mövsümdə də edəcəklərini açıqlayıb.