Bu ilin yanvarında “Petrolul”un baş məşqçisi postuna gətirilən 46 yaşlı çalışdırıcı orada cəmi 2 ay qala bilib. Bu müddətdə komanda ümumikdə 10 rəsmi oyuna çıxıb.

“Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu “Petrolul”dan qovulub. Matc.az xəbər verir ki, rumıniyalı mütəxəssis ölkəsində də ümidləri doğrultmayıb.

Bu ilin yanvarında “Petrolul”un baş məşqçisi postuna gətirilən 46 yaşlı çalışdırıcı orada cəmi 2 ay qala bilib. Bu müddətdə komanda ümumikdə 10 rəsmi oyuna çıxıb. Klub rəhbərliyi uğursuz nəticə səbəbindən Mutunun istefaya göndərildiyini açıqlayıb.

Qeyd edək ki, 2023-cü ilin yayında “Neftçi”nin sükanı arxasına keçən Adrian Mutu həmin ilin sonunda istefaya göndərilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest