"Liverpul"un hücumçusu Darvin Nunes mövsümün sonunda komandasını dəyişə bilər. Matc.az xəbər verir ki, "qırmızılar" onunla yolları ayırmaq niyyətindədilər.

Əvəzində “Arsenal” Nunesi heyətinə qatmaqda maraqlıdı. London klubunun baş məşqçisi Mikel Arteta rəhbərliklə söhbətində Nunesi ixtiyarında görmək istədiyini bildirib.

Qeyd edək ki, uruqvaylı forvardın “Liverpul”la hazırkı müqaviləsinin müddəti 2028-ci il iyunun 30-na qədər nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest