19 Mart 2025, 15:26
FUTBOL
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrin üçüncü onilliyində ən çox qol vuran müdafiəçilərin adlarını açıqlayıb. Matc.az xəbər verir ki, siyahıya 2021-2024-cü illərin bombardir müdafiəçiləri salınıb.
Cədvələ ingiltərəli Ceyms Tavernye başçılıq edir. Sağ cinah müdafiəçisi bütün turnirlərdə ümumilikdə 65 qol vurub.
Əsrin bombardir müdafiəçiləri:
Ceyms Tavernye (İngiltərə) - 65
Bencamin Mata (Kuk adaları) - 56
Besnik Kraqniqi (Kosovo) - 48
Hoskuldur Qunlauqson (İslandiya) - 42
İssufu Dayo (Burkina Faso) - 36
Ramin Rezaian (İran) - 36
David Hançko (Slovakiya) - 34
Kendal Uotson (Kosta Rika) - 33
Karlos Ramires (Kolumbiya) - 32
Ali Maloul (Tunis) - 30