“Bayer”in futbolçusu Mario Hermoso mövsümü başa vurub. Matc.az xəbər verir ki, buna səbəb 29 yaşlı yarımmüdafiəçinin zədələnməsidi.

Belə ki, ispaniyalı orta sahə oyunçusu Çempionlar Liqasının 1/8 final mərhələsində “Bavariya” ilə cavab oyununda sıradan çıxıb. Döş qəfəsinin sağ nahiyəsindən zədə alan Hermoso 4 ay komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, müqavilə ilə “Roma”ya məxsus olan Mario Hermoso “Bayer”də icarə əsasında çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest