“Real” gənc müdafiəçisi Raul Asensionun çıxışından razıdı. Matc.az xəbər verir ki, 22 yaşlı futbolçu ilə müqavilə müddəti yenilənəcək.

Tanınmış insayder Fabritsio Romano tərəflər arasında danışıqların müsbətə doğru davam etdiyini bildirib. Onun sözlərinə görə, artıq razılıq əldə olunub. Asensio tezliklə yeni sazişə qol çəkəcək.

Qeyd edək ki, Raul Asensionun “Real”la  hazırkı müqaviləsi mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest