Türkiyənin "Alanyaspor" klubununu Joao Pereyra çalışdıracaq.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Superliqa təmsilçisinin mətbuat xidməti yayıb.

Portuqaliyalı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Joao Pereyranın son iş yeri Lissabon "Sportinq"i olub. "Alanyaspor" isə bir neçə gün öncə Sami Uğurlu ilə yollarını ayırıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest