Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoxlama görüşünü keçirib.

Matc.az xəbər verir ki, Aqil Nəbiyevin çalışdırdığı U-17 Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Oyun Belarus millisinin böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0.

Qeyd edək ki, komandalar martın 26-da ikinci yoxlama matçında üz-üzə gələcəklər.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest