"Real"ın vingeri Rodriqo Qoesin atası "Mançester Siti"nin nümayəndələri ilə görüş keçirib və görüş zamanı braziliyalı futbolçunun ingilis klubuna keçməyə razı salmağa çalışıblar.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "El Chiringuito" paylaşıb.

Bildirilir ki, sözügedən görüş bir neçə həftə əvvəl baş tutub. "Mançester Siti" təmsilçiləri Rodriqoya ispan nəhənglərində aldığından daha yüksək maaş təklif edib, həm də onun üstünlük verdiyi hücum mövqeyində oynayacağına zəmanət veriblər.

Qeyd edək ki, bu mövsüm braziliyalı hücumçu bütün turnirlərdə 41 oyuna çıxıb, 13 qol vurub və 8 məhsuldar ötürmə edib. Rodriqonun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 100 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest