25 Mart 2025, 21:28
FUTBOL
"Liverpul" "Bornmut"un üç futbolçusu – müdafiəçilər Miloş Kerkez və Din Huysen, həmçinin cinah hücumçusu Antuan Semenyo ilə maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Bildirilir ki, "mersisaydlılar" yeni oyunçular almaq üçün sağ cinah müdafiəçisi Ben Doakı da müqaviləyə daxil etməyə hazırdırlar. Kerkezin 31 yaşlı Endryu Robertsonun potensial əvəzləyicisi kimi göründüyü vurğulanır. Həmçinin, "Liverpul"un müdafiəçisi Vircil van Deyk və cinah yarımmüdafiəçisi Mohamed Salahın da müqavilələri bu yay başa çatır.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının 29 turundan sonra "Bornmut"un 44 xalı var və 10-cu yerdədir. "Liverpul" isə 70 xal toplayıb və birinci pillədə qərarlaşıb.