“Arsenal”ın və İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Rays yığmadakı komanda yoldaşı Harri Keyn barədə müsbət fikirlər səsləndirib. Matc.az xəbər verir ki, o, “Bavariya”nın hücumçusunun qollarını bundan sonra da sıralayacağına şübhə etmir.

Raysın fikrincə, Keyn millidə qol sayını 100-ə çatdıracaq: “O, inanılmaz futbolçudur. Harrinin nə qədər çox məşq etdiyini görmüşəm. İngiltərə millisində çoxlu oyun keçirib. Bizə neçə dəfə qolları ilə kömək edib, het-trik və dubl edib. Keyn millidə 71 qol vurub. O, möhtəşəm insan, əla kapitanıdır. Əminəm ki, 100 qol hədəfinə köklənib. Düşünürəm ki, bunu mütləq bacaracaq”.

Qeyd edək ki, İngiltərə millisi DÇ-2026-nın seçmə mərhələsinin II turunda Latviyanı 3:0 hesabı ilə məğlub edib. Həmin matçda Keyn yığmanın heyətində 71-ci qolunu vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest