“Barselona”nın vingeri Rafinya bir çox komandanın maraq dairəsindədi. Matc.az xəbər verir ki, İspaniya klubu isə Braziliya millisinin üzvünün satışına yaxın durmur.

Ancaq ardıcıl təkliflər kataloniyalıları geri addım atmağa vadar edə bilər. Rəhbərlik Rafinyanın keçidi üçün digər klublardan 120 milyon avro tələb etməyi nəzərdə tutur. 28 yaşlı ön xətt oyunçusu İngiltərə və Səudiyyə Ərəbistanı klublarının diqqət mərkəzindədi.

Qeyd edək ki, Rafinyanın “Barselona” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest