"Çelsi"nin vingeri Ceydon Sanço yay "transfer pəncərəsi"ndə komandasını dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Futbolçunun xidmətində Avropanın dörd klubu maraqlıdır. Almaniyanın "Borussiya" və "Bayer" klubları Sançonu yaxından izləyir. Hər iki klub ingilisin transferini hədəfləyir və onlar İtaliya A Seriyasında çıxış edən "Roma" və "Latsio"nun rəqabətiylə üzləşə bilər.
"Çelsi" oyunçunu almasa, Sançonun Almaniya və ya İtaliyaya transferi mümkündür.
Xatırladaq ki, futbolçunun hüquqları İngiltərənin "Mançester Yunayted" klubuna məxsusdur.
Ceydon Sanço cari mövsümün əvvəlində 25 milyon avroya satın alma müqabilində icarə əsasında "Çelsi"yə keçib. Londonlular 5 milyon avro cərimə ödəyə və satın alma bəndini ləğv edə bilər. "Çelsi" hələ ki, futbolçu ilə bağlı yekun qərar verməyib.