27 Mart 2025, 11:01
DİGƏR
Avropa çempionatında təmsilçilərimizdən ən yaxşı nəticəni Nicat Abasov əldə edib.
Azərbaycanın iki şahmatçısı Dünya Kubokuna vəsiqə əldə edib. Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Rumıniyanın Eforie Nord şəhərindəki Avropa çempionatında təmsilçilərimizdən ən yaxşı nəticəni Nicat Abasov əldə edib. Son turda heç-heçə oynayan qrossmeyster 8 xalla 8-ci yeri tutub. 11-ci turu qələbə ilə başa vuran Read Səmədov ilk "20-liy"ə daxil olub.
Reqlamentə əsasən, Avropa çempionatında turnir cədvəlinin ilk 20 pilləsində yer alan şahmatçılar Dünya Kubokunda iştirak imkanı qazanıb.